"Zenit"in qapıçısı Aleksandr Vasyutin "Neftçi" ilə Bakıda keçirilmiş yoldaşlıq görüşü (1:2) haqda təəssüratlarını bölüşüb.
Sportliqa.az xəbər verir ki, “Matç TV”yə danışan rusiyalı qolkiper bunları deyib:
"Bütün komanda üçün yaxşı sparrinq oldu. Ən azından oyun praktikası qazandıq. Bu isə çempionatın fasilə zamanı ən vacib məsələdir. Reziuan Mirzovun qolları? Mənə elə gəlir ki, o, fərdi şəkildə epizodlarda qərarlarını verirdi. "Zenit"in oyunçuları bu kombinasiyada qarşılıqlı anlaşmaya malikdirlər. Amma biz daha yaxşı oynaya bilərik və oynamalıyıq. Atmosferə gəlincə, kiçik stadion olsa da, səs-küylü idi. Təbii ki, azarkeşlərimizin də səsini eşidirdik. Onları həmişə eşidə bilərsiniz. Dəstək olduqları üçün onlara təşəkkür edirəm. Bu hər zaman xoşdur".
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.