Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Dinamo” Konfrans Liqasının C qrupunda son matçına çıxıb.
Sportliqa.az xəbər verir ki, Zaqreb təmsilçisi Kosovonun "Balkani" klubu ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Emreli bütün matçı ehtiyat oyunçular skamyasında keçirib.
Altı turun nəticələrinə əsasən, Mahirin komandası C qrupunda 9 xalla 2-ci yeri tutaraq turnirin pley-off mərhələsinə yüksəlib. "Dinamo" "Astana" (5:1, 2:0), "Balkani" (0:2) və "Viktoriya"(Plzen) (0:1, 0:1) klubları ilə qarşılaşmışdı.