Növbəti avrokubok oyunları UEFA reytinqinə təsir edib.
Sportliqa.az xəbər verir ki, Avropa Liqasının H qrupunun altıncı oyununda İsveçin “Hekken” klubuna qalib gələn (2:1) “Qarabağ” daha 0,500 xal toplamağı bacarıb.
Azərbaycan 5 il ərzində ümumilikdə 19 125 xala sahibdir. Azərbaycan bu göstərici ilə Rusiyanı keçərək UEFA reytinq siyahısında 28-ci yerə yüksəlib. Ən yaxın rəqib Slovakiya (19,625), bir pillə geridə olan Rusiyadır (18,632). Azərbaycan mövsümə 14,250 ilə başlayıb.