“Arzum pley-offda “Milan”la qarşılaşmaqdır. Amma rəqibin fərqi yoxdur, hamısı güclüdür”.
Sportliqa.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə “Hakken”i 2:1 hesabı ilə məğlub etdikləri Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Müdafiəçi qarşılaşmanın gərgin keçdiyini söyləyib: “İkinci hissənin çoxunu azlıqda keçirdik. Buna baxmayaraq qələbə qazanmaq istəyirdik və qazandıq. Qələbə ilə birlikdə pley-offa vəsiqə qazana bildik. Çox böyük xoşbəxtlik keçiririk. Bunun davamını gətirmək üçün çalışacayıq”.
Qeyd edək ki, 10 xalla qrupu 2-ci pillədə başa vuran “Qarabağ” pley-offda “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Yanq Boyz” (İsveçrə), “Milan” (İtaliya) və ya “Şaxtyor” (Ukrayna) komandalarından birinə rəqib olacaq. Bu mərhələnin püşkatma mərasimi dekabrın 18-də keçiriləcək.