Portuqaliya mətbuatı "Benfika" və "Braqa"nın Avropa Liqasının 1/16 final mərhələsindəki potensial rəqiblərini müzakirə edərkən, “Qarabağ”ın da adı qeyd olunub.
Sportliqa.az xəbər verir ki, “A Bola” nəşri Portuqaliya klubları üçün ən yaxşı variantın “Qarabağ” və “Tuluza” olduğunu yazıb:
"Potensial rəqiblər arasında Joze Mourinyo və Renato Sançeşli “Roma” (İtaliya), həmçinin Vitinhanın da oynadığı Cennaro Qattuzonun baş məşqçisi olduğu “Marsel” (Fransa) fərqlənir. "Benfika” və “Braqa”nın nəzəri cəhətdən “Tuluza” və “Qarabağ” kimi cəlbedici rəqibləri var. Baxmayaraq ki, ikincisi Şərqi Avropaya uzun səyahət tələb edir".