
Futbol üzrə Asiya Kubokuna yekun vurulub.
Sportliqa.az xəbər verir ki, bu gün baş tutan final matçında İordaniya və Qətər yığmaları qarşılaşıblar.
Qarşılaşma qətərlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu komanda hər üç qolu penaltidən vurub. Əkrəm Afif 22, 73 və 90+5-ci dəqiqələrdə 11 metrlik zərbələri dəqiq yerinə yetirib.
Tarixində ilk dəfə finalda oynamaq hüququ qazanmış İordaniya yığmasında isə Yazan Əl-Naimat (67) fərqlənib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması