Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.
Sportliqa.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanan "Qarabağ"ın da rəqibi məlum olacaq. Ağdam təmsilçisi səpələnməmişlər səbətində yer alıb.
İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. 1/8 finalda eyni ölkənin komandaları bir-birinə rəqib ola bilməzlər.
1/8 finalda pley-off-un qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa vurmuş 8 komandadan biri ilə qarşılaşacaq. "Qarabağ"ın potensial rəqibləri sırasında onunla eyni qrupda mübarizə aparmış "Bayer" də (Almaniya) var. "Qarabağ" bu mərhələdə ilk oyununu öz meydanında keçirəcək.
"Qarabağ"ın potensial rəqibləri:
"Atalanta" (İtaliya)
"Bayer" (Almaniya)
"Brayton" (İngiltərə)
"Vest Hem" (İngiltərə)
"Vilyareal" (İspaniya)
"Liverpul" (İngiltərə)
"Reyncers" (Şotlandiya)
"Slaviya" (Çexiya)
Qeyd edək ki, bu mərhələnin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də keçiriləcək.