Rusiyanın "Krasnodar" klubunun hücumameyilli yarımmüdafiəçisi Kadi Borges komandasının sıralarını tərk etmək niyyətindədir.
Braziliyalı futbolçu karyerasını yenidən Azərbaycanda – "Qarabağ"da davam etdirmək arzusundadır.
Sportliqa.az-ın məlumatına görə, 28 yaşlı "sambaçı" Rusiya təmsilçisinin baş məşqçisi Murad Musayevə xəbərdarlıq da edib. Belə ki, o, mütəxəssisə "Krasnodar"ın təlim-məşq toplanışına qoşulmayacağını bildirib.
"Qarabağ"a qayıtmaq üçün dəridən-qabıqdan çıxan Kadi yenidən avrokuboklarda oynamaq istəyir. O, hətta azərbaycanlı menecerlərdən bu prosesin sürətləndirilməsini xahiş edib.
Bildirək ki, təcrübəli oyunçu 2023-cü ilin 14 yanvarında Ağdam təmsilçisini "Krasnodar"a dəyişib.
Elsevər Muradzadə