Futbol üzrə Cənubi Koreya çempionatında 18-ci turun oyunları keçirilib.
Sportliqa.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Qvanqyu” ilə qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib.
“Daejeon” hazırda 18 xalla 11-ci pillədə qərarlaşıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.