
Yaponiyalı yarımmüdafiəçi Masaki Murata “Sumqayıt”dan ayrılıb.
Sportliqa.az xəbər verir ki, 24 yaşlı futbolçu bundan sonra Danimarkada forma geyinəcək.
O, sözügedən ölkənin “Vayle” klubuna keçib. Tərəflər 3 illik müqaviləyə imza atıblar.
Xatırladaq ki, Murata 2023-cü ilin yanvarından “Sumqayıt”ın uğurları üçün çalışırdı.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması