Azərbaycanlı futbolçu Zamiq Əliyev Albaniya çempionatında növbəti matça çıxıb.
Sportliqa.az xəbər verir ki, onun komandası “Egnatia” 7-ci turda ən yaxın izləyicisi “Partizani”ni qəbul edib.
23 yaşlı müdafiəçi start heyətdə yer alıb və 90 dəqiqəni əvəzedilmədən keçirib. O, 56-cı dıqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Bu, Z.Əliyevin cari mövsümdə 2-ci sarısı olub.
Görüş isə 2:0 hesabı ilə “Partizani”nin xeyrinə başa çatıb. Bu komanda xalını 12-ə çatdırmaqla 2-ci pilləyə yüksəlib. “Egnatiya” isə 1 pillə geriləyərək 3-cü pilləyə düşüb (11 xal).
Qeyd edək ki, Z.Əliyev bu mövsüm Albaniya çempionatında 6 oyun keçirib. O, bütün oyunlarda əsas heyətdə meydana çıxıb.