UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda sabah "Elfsborq"un (İsveç) qonağı olacaq "Qarabağ" daha bir itki ilə üzləşib.
Sportliqa.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bəhlul Mustafazadə matçın hazırlığı zamanı zədələnib. O, bud arxa əzələsinin gərilməsi səbəbindən təxminən 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.
Daha əvvəl isə "Qarabağ"ın digər mərkəz müdafiəçisi Kevin Medina və yarımmüdafiəçi Aleksey İsayevin oyunu buraxacağı məlum idi.
Qeyd edək ki, "Elfsborq" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az