“Fənərbağça” klubu “Benfika”dan Kerem Aktürkoğlunu transferini rəsmən açıqlayıb.
Sportliqa.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb. “Fənərbağça” bu transfer üçün 22,5 milyon avro ödəyib.
Aktürkoğlu futbolçu ötən mövsümü “Benfika”da keçirib. Portuqaliya təmsilçisinin heyətində 58 oyuna çıxan oyunçu 17 qol vurub, 13 qolun ötürməsini verib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az