Misli Premyer Liqasında 10-cu turun oyunları davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib.
Əvvəlcə "Turan Tovuz" "Şamaxı"nı qəbul edib. Bu görüş Tovuz təmsilçisi üçün onunla əlamətdardır ki, komanda 5 aylıq fasilədən sonra doğma meydanına qayıdıb. Doğma meydanda ilk oyun "Turan Tovuz" üçün düşərli olub. Belə ki meydan sahibləri "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəlib.
Günün digər matçında isə "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edib. Meydan sahibləri 3:2 hesabı ilə rəqibindən üstün olub.
Qeyd edək ki, 10-cu turun son görüşündə "Qəbələ" "Sabah"ın qonağı olacaq. Oyun noyabrın 3-də keçiriləcək.
2 noyabr (bazar)
10-cu tur
18:30. “Sumqayıt” – “Araz-Naxçıvan” - 3:2
Qollar: Roi Kehat 17 (1:0), Şarl Boli 41 (1:1), Patrik Andrade 50 (2:1), Ronaldo Vaskez 69 (2:2), Roi Kehat 78 (3:2)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu
16:00. “Turan Tovuz” – “Şamaxı” - 2:1
Qollar: Rikardo Apolinario 45 (0:1), Roberto Olabe 45+2 (1:1), Joarlem Santos, 49 (2:1)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.