Kamal Umudlu "Çelsi"nin oyununda
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Sportliqa.az xəbər verir ki, K.Umudlu UEFA Gənclər Liqasının VI turu çərçivəsində keçiriləcək “Atalanta” (İtaliya) – “Çelsi” (İngiltərə) oyununun baş hakimi olacaq.
Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Görüş dekabrın 9-da Berqamo şəhərində yerləşən Bortolotti İdman Mərkəzində keçiriləcək.