Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri bəlli olub.
Sportliqa.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Qırğızıstan yığmasını çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
56 yaşlı məşqçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib. Onun son iş yeri isə Monteneqro seçməsi olub
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az