"İnter Mayami" "Atletiko"dan icarəyə götürdüyü Rodriqo De Paulu komandada saxlayıb.
Sportliqa.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
MLS təmsilçisi argentinalı yarımmüdafiəçi üçün 15 milyon avroluq satınalma bəndini işə salıb. 31 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Rodriqo De Paul bu ilin yayından "İnter Mayami"də çıxış edir. O, komandanın heyətində keçirdiyi 26 oyunda 2 qol vurub, 7 qol ötürməsi edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az