Mövsümün sonunda "Əl-İttihad"la müqaviləsi başa çatan Kərim Benzema komandadan ayrıla bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi fransalı hücumçuya yeni müqavilə təklif etməyib. 37 yaşlı forvardın yayda azad agent statusu klubu tərk edəcəyi bildirilir.
Qeyd edək ki, Kərim Benzema bu mövsüm "Əl-İttihad"ın heyətində keçirdiyi 12 oyunda 11 qol vurub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az