Çempionlar Liqasının qalibi PSJ və Libertadores Kubokunun qalibi "Flamenqo" FİFA Qitələrarası Kubok oyununda üz-üzə gəliblər.
Sportliqa.az xəbər verir ki, qarşılaşma Qətərin Əl-Rayyan şəhərində baş tutub.
Görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyası təyin edilib. Penaltilərdə daha dəqiq olan PSJ qələbə qazanıb.