"Vest Hem" və Almaniya millisinin hücumçusu Niklas Fülkruq "Milan"a keçməyə yaxındır.
Sportliqa.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Bildirilir ki, tərəflər 32 yaşlı alman futbolçu üçün razılığa gəlməyə yaxındırlar. Transfer 13-15 milyon avroya almaq hüququ ilə icarəyə verilməsini nəzərdə tutur.
"Vest Hem" məcburi satış maddəsində israr edir, fransızlar isə bunun üçün müəyyən şərtlərin yerinə yetirilməsini istəyir.
Fülkruq "Milan"da Santyaqo Ximenesi əvəz edə bilər. Meksikalı mütəxəssis Massimiliano Alleqrinin məşqçilər heyətinin etimadını itirib və komanda ilə birlikdə İtaliya Superkuboku üçün Səudiyyə Ərəbistanına getməyəcək.
Qeyd edək ki, Fülkruq 2024-cü ilin yayından "Vest Hem"də oynayır və bu mövsüm bütün yarışlarda 9 oyunda iştirak edib, lakin qol vurmayıb. 32 yaşlı alman futbolçunun müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Futbolçunun transfer dəyəri 8 milyon avrodur.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.