Tiaqo Silva Avropaya qayıtdı
Braziliyalı müdafiəçi Tiaqo Silva karyerasını Portuqaliyada davam etdirəcək.
Sportliqa.az xəbər verir ki, futbolçu "Portu" klubu ilə müqavilə imzalayıb.
Tərəflər 2026-cı ilin iyununa qədər razılığa gəliblər. Sözləşmədə müddətin 2027-ci ilin yayına qədər uzadılması imkanı da qeyd olunub. Müdafiəçinin transferində komandanın baş məşqçisi Andre Villaş-Boaşın xüsusi maraqlı olduğu vurğulanır.
Xatırladaq ki, Silva son olaraq Braziliyanın "Fluminense" klubunda çıxış edib.