Mərakeşin paytaxtı Rabatda Afrika Millətlər Kuboku start götürüb.
Sportliqa.az xəbər verir ki, Afrika qitəsinin ən nüfuzlu yarışının açılış günündə bir görüş keçirilib.
A qrupunda yer alan meydan sahibi komanda Komor adalarının yığması ilə qarşılaşıb.
Matç Valid Reqraqinin baş məşqçisi olduğu Mərakeş millisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Xatırladaq ki, yanvarın 18-də yekunlaşacaq turnirin final mərhələsində 6 qrupda 4 kollektiv olmaqla, 24 ölkənin yığması mübarizə aparır.
Yarış 2 ildən bir keçirilir, son qalib 2023-cü ildə Fildişi Sahili futbolçuları olublar.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az