Futbol üzrə Azərbaycan I Liqasında XII tura start verilib.
Sportliqa.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
"Şəfa" doğma meydanda autsayder "Şimal"a uduzub, "Baku Sportinq" "Zaqatala"ya qalib gəlib, "Mingəçevir" - "Şahdağ Qusar" matçında isə qalib müəyyənləşməyib.