Luis Enrike dünyanın ən yaxşı kişi baş məşqçisi oldu
27 Dekabr 2025 15:03
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) kişilər arasında klublar üzrə ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb.
Sportliqa.az xəbər verir ki, birinci yeri 222 xalla PSJ-dən (Fransa) Luis Enrike tutub.
60 xal toplayan "Çelsi"nin (İngiltərə) baş məşqçisi Enso Mareska (60 xal) ikinci, 57 xal toplayan "Barselona"nın (İspaniya) çalışdırıcısı Hans-Diter Flik isə (57 xal) üçüncü olub.
4-5-ci yerləri müvafiq olaraq 42 xalla "Bayern"dən (Almaniya) Vensan Kompani ilə 24 xalla "Arsenal"dan (İngiltərə) Mikel Arteta bölüşüblər.