"SKA-Xabarovsk"un əslən Azərbaycandan olan futbolçusu Sadıq Bağıyev Rusiyada komandasını dəyişib.
Sportliqa.az xəbər verir ki, AFFA-nın da maraq dairəsində olan və millimizə potensial namizəd "Torpedo" ilə anlaşıb.
Həmyerlimiz Moskva təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb. Artıq keçid rəsmiləşib.
"Torpedo" Bağıyevə görə "SKA-Xabarovsk"a 14 milyon rubl (təxminən 300 min manat) təzminat ödəyib. 21 yaşlı futbolçu 2024-cü il sentyabr ayında "Kuban Holdinq"dən "SKA-Xabarovsk"a keçmişdi.
O, bundan əvvəl "Ekaterinodar", "Spartak"(Tambov) klublarında oynayıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.