"Ayaks" və "Mançester Yunayted"in keçmiş məşqçisi Erik ten Haq "Tvente"nin yeni texniki direktoru olub.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis 2028-ci ilin ortalarına qədər müqavilə imzalayıb. O, 2026-27 mövsümündən etibarən cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayan hazırkı texniki direktor Yan Streyeri əvəz edəcək.
Qeyd edək ki, 55 yaşlı niderlandlı məşqçilik karyerasına "Tvente"də başlayıb. Daha sonra o, "Ayaks", "Mançester Yunayted" və "Bayer"də çalışıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az