Afrika Millətlər Kubokunda ikinci yarımfinalçı Mərakeş oldu
Afrika Millətlər Kubokunda növbəti 1/4 final qarşılaşması keçirilib.
Sportliqa.az xəbər verir ki, Mərakeş Kamerunu 2:0 hesabı ilə məğlub edib.
Mərakeşin qollarını 26-cı dəqiqədə Dias, 74-cü dəqiqədə isə Saybari vurub.
Mərakeş yarımfinalda Əlcəzair və Nigeriya arasındakı matçın qalibi ilə qarşılaşacaq.