AFFA bu komandanı çempionatdan kənarlaşdırdı
AFFA İntizam Komitəsinin bugünkü iclasında Region Liqasında baş verən qayda pozuntuları ilə bağlı da qərarlar verilib.
Sportliqa.az xəbər verir ki, AFFA Region Liqasında keçirilməli olan "İstiqlal" - "Sabirabad" oyununda meydan sahibləri təyin edilən vaxtda meydanda olmadığına görə görüş baş tutmayıb.
Buna görə də "İstiqlal"a 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal ardıcıl 3-cü dəfə təkrarlandığı üçün "İstiqlal" komandası yarışdan kənarlaşdırılıb.