Tunis yığması yeni baş məşqçisi ilə razılığa gəlib.
Sportliqa.az xəbər verir ki, yığmaya Sabri Lamuşinin təyin olunduğu rəsmən açıqlanıb. Fransalı mütəxəssis daha əvvəl istefaya göndərilən Sami Trabelsini əvəzləyib. Yeni baş məşqçinin qarşısında əsas məqsəd yığmanı 2026-cı il Dünya Çempionatına hazırlamaqdır.
Qeyd edək ki, Tunis yığması mundialda Yaponiya, Niderland və UEFA pley-off mərhələsinin qalibi (Ukrayna, İsveç, Polşa və ya Albaniya) ilə qarşılaşacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az