"Səbail"dən daha bir transfer
“Səbail” klubu dövrələrarası fasilədə heyətini yeni futbolçu ilə gücləndirib.
Sportliqa.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Paytaxt klubu son olaraq “Difai”də çıxış etmiş yarımmüdafiəçi Roman Hüseynovu heyətinə qatıb.
28 yaşlı futbolçu ilə mövsümün sonuna qədər olan müqavilə imzalanıb.