"Bavariya" və "Yuventus"un sabiq futbolçusu Duqlas Kostanın yeni klubu məlum olub.
Sportliqa.az xəbər verir ki, o, İtaliyanın "Kyevo Verona"sına keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı yarımmüdafiəçi ilə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Xatırladaq ki, braziliyalı futbolçu şəxsi problemləri səbəbindən 2025-ci ilin sentyabr ayında Avstraliya "Sidney"indən ayrılmışdı və həmin vaxtdan klubsuz idi. Karyerası ərzində Kosta "Yuventus", "Bavariya", "Los-Anceles Qelaksi", "Fluminense" və "Qremio"da da oynayıb.