Portuqaliya yığmasının və "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi, 2016-cı ilin Avropa çempionu Luiş Nani karyerasını Qazaxıstanda davam etdirəcək.
Sportliqa.az xəbər verir ki, futbolçu "Aktobe" klubu ilə razılığa gəlib. Bu barədə klub məlumat yayıb. Qazaxıstan təmsilçisi 39 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Nani 2007-2015-ci illərdə "Mançester Yunayted"in şərəfini qoruyub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az