"Beşiktaş" Vilson İzidor üçün 15 milyon avro ödəməyə hazırdır
Temmi Abrahamı "Aston Villa"ya satan "Beşiktaş" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır
Sportliqa.az xəbər verir ki, İstanbul təmsilçisi "Sanderlend"də çıxış edən Vilson İzidorun xidmətində maraqlıdır. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Qara qartallar" fransalı forvard üçün İngiltərə klubuna 15 milyon avro ödəməyə hazırdır. "Everton" və "Nottingem Forest" də 25 yaşlı futbolçu ilə maraqlanır.
Qeyd edək ki, Vilson İzidor bu mövsüm "Sanderlend"in heyətində keçirdiyi 22 oyunda 4 qol vurub.