”CBC Sport” tarixində ilk – Canlı yayımlanacaq oyuna çəkiliş qrupu göndərməyiblər
Peşəkar Futbol Liqası Birinci Liqada 14-cü turun oyun cədvəlini açıqlayarkən bildirmişdi ki, “Səbail” – “Şəfa” oyunu "CBC Sport" vasitəsilə canlı yayımlanacaq.
Lakin telekanal oyun zamanı yayımı həyata keçirmədi.
Bunun səbəbini öyrənmək üçün "CBC Sport"un baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq. O, məsələ ilə bağlı bunları dedi:
“PFL bizə məlumat vermişdi, biz oyunu yayımlamalı idik. Həftəlik cədvəli hazırlayarkən anlaşılmazlıq yaranıb, səhvə yol vermişik. Texniki heyəti vaxtında çəkiliş üçün göndərə bilmədiyimiz üçün də oyun yayımlanmadı. "CBC Sport"un 10 illik tarixində ilk dəfədir ki, belə hal yaşanır. Çox heyif, məyusuq. Ümid edirəm ki, bir də belə hal baş verməz".
Elsevər Muradzadə