"İnter Mayami"nin sahibi Xorxe Mas klubunun hücumçusu Lionel Messi haqqında danışıb və yeni sponsorluq müqavilələrinə ehtiyac olduğunu deyib.
Sportliqa.az xəbər verir ki, bu barədə məlumatı "A Bola" nəşri paylaşıb.
"Dünya səviyyəli sponsorlara ehtiyacımın səbəbi oyunçuların baha olmasıdır. Bütün bonusları da əlavə etsək, Messiyə ildə 60-70 milyon avro ödəyirəm. Amma o, hər qəpiyinə dəyər", - deyə Mas açıqlama verib.
Argentinalı ulduz dünyada yalnız "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldodan sonra ikinci ən çox maaş alan futbolçudur.
Qeyd edək ki, Messi 2023-cü ildə "İnter Mayami"yə qoşulub və o vaxtdan bəri 90 matçda meydana çıxıb, 79 qol vurub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az