I Liqada mübarizə aparan “Şəfa”da yeni təyinat baş tutub.
Sportliqa.az xəbər verir ki, Nadir Nəbiyev "Şəfa" Futbol Klubunun akademiya rəhbəri vəzifəsinə təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Nadir Nəbiyev peşəkar futbolçu kimi uzun illər Azərbaycan futbolunda çıxış edib, "Neftçi", "Turan Tovuz" və "Xəzər Lənkəran" klublarının heyətində oynayıb, həmçinin Azərbaycan milli komandasının üzvü olub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az