Messi 900-cü qolunu vurdu
"İnter Mayami"nin futbolçusu Lionel Messi peşəkar karyerasının 900-cü qolunu vurub.
Sportliqa.az xəbər verir ki, argentinalı vingerin komandası KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab oyununda evdə "Neşvillə" qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Messi 7-ci dəqiqədə Serxio Reqilonun ötürməsini qola çevirib.
Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. İlk oyunda 0:0 hesablı bərabərlik qeydə alındığı üçün "Nevşill" səfər qolu sayəsində 1/4 finala yüksəlib.