FİFA-dan qadın futbol ilə bağlı yeni qayda
FİFA qadın turnirlərində iştirak edən hər komandanın ehtiyat oyunçular skamyasında ən azı iki qadının olmasını tələb edən yeni qaydalar qəbul edib. Yeni qaydaya əsasən qadınlardan biri mütləq baş məşqçi və ya köməkçi məşqçi olmalıdır.
Sportliqa.az xəbər verir ki, bu barədə məlumatı "The Athletic" paylaşıb.
Bu, gənclərdən tutmuş böyüklərə qədər bütün yarışlara aiddir.
Qaydalar hazırkı U-17 və U-20 qadınlararası dünya çempionatları, eləcə də FIFA qadınlar Çempionlar Kubokundan və Braziliyada keçiriləcək 2027-ci il dünya çempionatından etibarən qüvvəyə minəcək.