Futbol üzrə Albaniya çempionatında 30-cu turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” öz meydanında “Bylis”lə qarşılaşıb. Matç həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb - 3:0. Hər üç qolu Daniel Adjessa vurub.
Zamiq Əliyev də bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan həmyerlimiz 79-cu dəqiqədə Anio Poci ilə əvəzlənib.
Qeyd edək ki, “Eqnatiya” hazırda 54 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Komanda lider “Vilaznia”dan 2 xal geri qalır.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az