Hacı millinin baş məşqçisi təyin olundu
07 Aprel 2026 14:04
Rumıniya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, yığmanı George Haci çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
61 yaşlı mütəxəssis bu postda Mirça Luçeskunu əvəzləyib. Onun illik maaşının 270 min avro olacağı bildirilir.
Qeyd edək ki, Georgi Hacinin son iş yeri 2021-2025-ci illərdə çalışdığı "Vitorul" klubu olub.