"Qranada"nın qapıçısı Luka Zidan ağır zədə alıb.
Sportliqa.az xəbər verir ki, "Almeriya" ilə oyunda toqquşma nəticəsində zədələnən qolkiperin çənə sümüyündə sınıq aşkarlanıb.
Bu səbəbdən o, mövsümün qalan hissəsini buraxacaq və dünya çempionatında iştirakı sual altına düşüb.