"Zirə" və "Sabah"dan qələbə
- YENİLƏNİB
Misli Premyer Liqasında 30-cu turun oyunları davam edir.
Sportliqa.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.
Ötən tur çempionluğunu rəsmiləşdirən "Sabah" səfərdə "Şamaxı" ilə qarşılaşıb. Matç "Sabah"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandaların ilk dövrədəki oyununda "Sabah" 2:1 hesabı ilə qalib gəlib, ikinci dövrədəki görüşdə isə qolsuz heç-heçə qeydə alınıb.
Günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edib. "Neftçi" ilə 4-cü yer uğrunda mübarizə aparan "Zirə", həmçinin Premyer Liqada qalmağa çalışan "Qəbələ" üçün son dərəcə vacib olan qələbəni Rəşad Sadıqovun komandası əldə edib.
Komandaların ilk dövrədəki oyununda "Zirə" (1:0), ikinci dövrədəki görüşdə isə "Şamaxı" (2:1) qalib gəlib.
3 may (bazar)
18:30. “Zirə” - “Qəbələ” - 1:0
Qol: Junior Martins, 78
Zirə İdman Kompleksi
16:00. “Şamaxı” - “Sabah” - 0:3
Qollar: Stiv Solvet, 37, Coy Lens Mikels, 77, Umarali Raxmonaliyev, 90-pen.
Şamaxı şəhər stadionu