Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulacaq.
Sportliqa.az xəbər verir ki, son oyun günündə bir matç keçiriləcək. Avrokuboklar uğrunda mübarizə aparan “Neftçi” səfərdə “Karvan-Yevlax”ın qonağı olacaq.
Hazırda paytaxt klubu 47 xalla 5-ci, Yevlax təmsilçisi isə 14 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
Bu komandalar arasında ilk dövrədə baş tutan oyunda hesab açılmayıb. İkinci görüşdə isə “Neftçi” qələbə qazanıb - 2:1.
5 may (çərşənbə axşamı)
16:00. “Karvan-Yevlax” - “Neftçi”
Yevlax şəhər stadionu
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az