Braziliyalı ulduz hücumçu Halk karyerasını yeni klubda davam etdirəcək.
Sportliqa.az xəbər verir ki, 39 yaşlı forvard "Fluminense" ilə müqavilə bağlayıb. Təcrübəli futbolçu ilə imzalanan anlaşma 2027-ci ilin sonuna qədər nəzərdə tutulub. O, komandaya azad agent kimi qoşulub.
Qeyd edək ki, hücumçu son olaraq "Atletiko Mineyro" klubunda çıxış edib. Tərəflər mayın 1-də müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az