Misli Premyer Liqasında 32-ci tur start götürür
Bu gün Misli Premyer Liqasında 32-ci tura start veriləcək.
Sportliqa.az xəbər verir ki, ilk oyun günündə iki oyun keçiriləcək.
Əvvəlcə turnir cədvəlinin autsayderləri üz-üzə gələcək. "Karvan-Yevlax" öz meydanında "Qəbələ"ni qəbul edəcək. Komandaların hər iki dövrədəki oyununda 1:1 hesabı qeydə alınıb.
Günün digər matçında isə "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olacaq. Tərəflərin həm 1-ci, həm də 2-cü dövrədəki oyununda "Araz-Naxçıvan" eyni hesabla qalib gəlib - 2:0.
15 may (cümə)
Misli Premyer Liqası, 32-ci tur
17:00 "Karvan-Yevlax" – "Qəbələ"
Baş hakim: Əli Əliyev
Yevlax şəhər stadionu
19:30 "Araz-Naxçıvan" – "Kəpəz"
Baş hakim: Rəşad Əhmədov
SOCAR Polymer Arena