"Kəpəz" Futbol Akademiyasının yetirmələri Şahnur İsmayılov və Raul İsaqov Azərbaycan Premyer Liqasında debüt ediblər.
Sportliqa.az xəbər verir ki, Şahnur İsmayılov ilk oyununa 19 yaş 22 günlüyündə çıxıb.
Raul İsaqov isə ölkə çempionatında debütünü 16 yaş 162 günlüyündə gerçəkləşdirib.
Nəticədə, Raul "sarı-göylər"in Premyer Liqa tarixində debüt edən ən gənc futbolçu adına sahib çıxıb.
Xatırladaq ki, gənc futbolçuları Azərbaycan çempionatının 31-ci turunun "Sabah" - "Kəpəz" (0:1) və 32-ci turun "Araz-Naxçıvan" - "Kəpəz" (2:0) matçlarında forma şansı qazanıblar.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az