"Qarabağ" "İmişli" ilə oyundan öncə azarkeşləri üçün 3 nöqtədə əyləncəli fan zona təşkil edəcək.
Sportliqa.az xəbər verir ki, "köhlən atlar"ın fanatları üz boyama, qidalanma zonası, interaktiv oyunlar və əyləncə nöqtələrindən istifadə etmək imkanına sahib olacaqlar.
Fan zonadan yararlanmaq üçün azarkeşlərin 2 saat öncədən stadiona gəlmələri tövsiyə edilib.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "İmişli" oyunu saat 17:00-da start götürəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az