"Zirə" "Sumqayıt"a, "Sabah" "Neftçi"yə qarşı
Bu gün Misli Premyer Liqasında 32-ci tura yekun vurulacaq.
Sportliqa.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Oyun meydan sahibləri üçün olduqca əhəmiyyətlidir. Hazırda 5-ci pillədə qərarlaşan Rəşad Sadıqovun komandası sona iki tur qalmış 4-cü yerdə olan "Neftçi"dən 3 xalı geri qalır.
Daha bir vacib matça çıxacaq "Neftçi" isə artıq çempionluğunu rəsmiləşdirən "Sabah"ın qonağı olacaq.
Qeyd edək ki. Azərbaycanı 2026-2027 mövsümündə avrokuboklarda təmsil edəcək yalnız 4-cü komanda hələ müəyyənləşməyib ki, bu da ya "Neftçi" ya da "Zirə" olacaq. Çempionatı 4-cü pillədə başa vuracaq komanda mübarizəyə Konfrans Liqasının 1-ci təsnifat mərhələsindən start verəcək.
17 may (bazar)
Misli Premyer Liqası, 32-ci tur
18:00. “Zirə” - “Sumqayıt”
Baş Hakim: Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu, 18:00
18:00. “Sabah” - “Neftçi”
Baş Hakim: Kamal Umudlu,
“Bank Respublika Arena”