“Kəpəz”in futbolçusu Raul İsaqov Misli Premyer Liqasının 2025/2026 mövsümündə meydana çıxan ən gənc futbolçu olub.
Sportliqa.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, hücumçu 32-ci turun “Araz-Naxçıvan”la səfər qarşılaşmasında şans qazanıb.
O, Premyer Liqada 16 yaş 162 günlüyündə debüt edib. Raul İsaqov qarşılaşmanın 81-ci dəqiqəsində meydana daxil olub.
“Kəpəz” səfər matçında 0:2 hesabı ilə uduzub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az