Azərbaycanlı futbolçunun komandasından qələbə
Albaniyada Super Liqanın final mərhələsinin növbəti oyunları keçirilib.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Egnatiya" səfərdə "Vlajniya" ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.
Zamiq start heyətində meydana çıxıb və 72-ci dəqiqədə - hesab 1:1 olanda əvəzlənib.
Hazırda “Eqnatiya” final mərhələsində 34 xalla turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.